“Marsel”in prezidenti Pablo Lonqoriya Pol Poqbanın mümkün transferinə münasibət bildirib.
Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, Fransa klubunun rəhbəri hələ aktiv danışıqların olmadığını söyləyib:
“Hələ aktiv danışıqlar yoxdur. Növbəti iclasda bu transferi müzakirə edəcəyik.
İndiyədək Poqba ilə heç bir görüş olmayıb. Bizim qapımız onun üzünə bağlı deyil”.
Fransalı yarımmüdafiəçi qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə diskvalifikasiya olunub. O, gələn ilin martında meydana qayıda biləcək. Onun son klubu “Yuventus” olub.