PSJ-nin yarımmüdafiəçisi Vitinya klubu ilə yeni müqavilə imzalayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər səmərəli danışıqlar aparıb və razılıq əldə ediblər.
24 yaşlı futbolçunun Paris klubu ilə yeni müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edəcək.
Vitinya cari mövsümdə PSJ-də 15 oyun keçirib və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi daha iki il yarım müddətinə qüvvədədir.
Portuqaliyalı yarımmüdafiəçi 2022-ci ildə 41,5 milyon avroya “Portu”dan PSJ-yə keçib.