“Liverpul”un hücumçusu Məhəmməd Salahın gələcəyi qeyri-müəyyən olaraq qalır.
Misirli futbolçu 2025-ci ilin yayında azad agent ola bilər, çünki hazırkı müqaviləsi iyunda başa çatacaq.
PSJ 32 yaşlı oyunçuya iddialılardan biri hesab olunur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Salahın mümkün müqavilə imzalanması ilə bağlı məlumatları təkzib edir.
Fransalılar hesab edirlər ki, Salah “Liverpul”a təzyiq göstərmək üçün PSJ-yə mümkün keçidlə bağlı söhbətdən öz xeyrinə istifadə edir.
Belə ki, misirli hücumçu Mersisayd klubundan əlverişli müqavilə şərtləri əldə etmək üçün adının parislilələ yanaşı hallanmasına çalışa bilər.