COP29

Baş məşqçinin tələblərindən narazıdır - Gərginlik artdı, müqavilə danışıqları dayandırıldı

18:40 Fransa 101
Baş məşqçinin tələblərindən narazıdır - Gərginlik artdı, müqavilə danışıqları dayandırıldı

Bradli Barkola və PSJ yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Barkola ispan çalışdırıcının tələblərindən narazıdır və onlar arasında gərginlik artmaqda davam edir.

Oxşar problemlər Enrikenin Osman Dembele də daxil olmaqla bir çox digər futbolçularla münasibətlərində də müşahidə olunur. Baş məşqçinin taktiki yanaşması futbolçuları qane etmir.

Barkola mövsümə yaxşı başlanğıc edib və Luis Enrikenin komandasında əsas fiqura çevrilməyi bacarıb.

Buna görə də PSJ 22 yaşlı fransalı futbolçunu yeni müqavilə ilə mükafatlandırmağa hazır idi. Ancaq indi müzakirələr dondurulmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti