2021-ci ildən PSJ-də çıxış edən Canluici Donnarumma üçün hər şey yaxşı getmir.
Sportinfo.az “calciomercato.it”-ə istinadən xəbər verir ki, Paris klubu italiyalı qapıçı ilə hazırkı şərtlərlə müqaviləni yeniləmək fikrində deyil.
Bu o deməkdir ki, Donnarumma PSJ-ni tərk edə bilər.
Donnarumma üçün ən çox ehtimal olunan ssenari İtaliyaya qayıtmaqdır və bu, onun keçmiş klubu “Milan” ola bilər.
İtalyanlar Avropanın böyük klubları tərəfindən izlənilən Mayk Menyanla yollarını ayıra bilər ki, bu da onlara bu mövqeyə yeni oyunçunun lazım olacağına gətirib çıxaracaq.
25 yaşlı Donnarummanın klubdakı keçmişini nəzərə alsaq, “Milan” əla seçim olar və o, bu komandanı yaxşı tanıyır.