Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la qarşılaşacaq "Lion" Bakıya ciddi problemlərlə gəlib.
Sportinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pyer Sajın qarşılaşma üçün açıqladığı “23-lük” komanda daxilində ciddi narahatlığa yol açıb.
45 yaşlı mütəxəssis hücumçular Gift Orban və Vilfred Zahanı səfər matçına aparmamaq qərarına gəlib ki, bu, adıçəkilən oyunçular üçün şok effekti verib.
Məlumata görə, onlar baş məşqçi ilə bağlı rəhbərliyə şikayət ediblər. Lakin Saj Orban və Zahanın bu mövsüm formada olmadıqlarını və sərəncamında daha yaxşı hücumçular olduğunu əsas gətirib.
Hər iki forvard qış fasiləsində komandanı tərk etməyi planlaşdırır.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.