PSJ-nin hücumçusu Randal Kolo-Muaninin karyerasını İtaliyada davam etdirmək variantı ola bilər.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Paris klubunda daimi oyun praktikasının olmamasından narazıdır.
Ona görə də yanvarda vəziyyəti dəyişməyə hazırdır.
“Yuventus” fransalı futbolçunu qışda heyətinə qatmaqda maraqlıdır. Söhbət icarədən, yoxsa tam transferdən gedir, aydın deyil.
“Transfermarkt” portalı Kolo-Muanini 40 milyon avro dəyərində qiymətləndirir. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 10 matçda 2 qol vurub.