COP29

“Qonşu olduğumuz üçün aramızda ciddi rəqabət var, amma düşmənçilik yoxdur”

14 Oktyabr 21:40 Fransa 1 615
“Qonşu olduğumuz üçün aramızda ciddi rəqabət var, amma düşmənçilik yoxdur”

Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında Belçika ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az “Fotmob”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı motivasiyalı belçikalılara qarşı oyuna çıxacaqlarını bildirib:

“Biz motivasiyalı belçikalılara qarşı oyuna çıxacağıq və bu dəfə onlar daha da həvəsli olacaqlar. Vacib matçlarda tez-tez üz-üzə gəlirik.

Qonşu olduğumuz üçün aramızda ciddi rəqabət var, amma düşmənçilik yoxdur. Komandaların oyunçuları bir-birini çox yaxşı tanıyırlar.

Əvvəlki görüşlərdə Belçika üzərində qələbələrin bizə psixoloji üstünlük verəcəyini düşünmürəm. Bu, artıq keçmişdə qalıb, heyətlər də dəyişir”.

Belçika – Fransa qarşılaşması bu gün saat 22:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI