Fransa millisinin hücumçusu Kilian Mbappe yığmanın Millətlər Liqasında İsraillə qarşılaşması zamanı (4:1) Stokholmda dincəldiyinə görə tənqid olunub.
Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam bu məsələyə münasibət bildirib:
“Mbappe? Milliyə çağırılmayan futbolçularla bağlı xəbərləri izləmirəm. O, klubdadır və onun istirahət günü olub-olmadığını bilmirəm.
Mbappe mənə İsraillə oyundan əvvəl mesaj göndərdi. Futbolçular öz proqramlarına uyğun işləyirlər.
Futbolçunun istirahət günü varsa, onun istədiyi hər şeyi etmək hüququ var”.
Fransa millisi oktyabrın 14-də Millətlər Liqasında Belçika yığması ilə qarşılaşacaq.