Randal Kolo Muani qış transfer pəncərəsində PSJ-ni tərk edə bilər.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı hücumçunun karyerasında çətin dövr keçir.
O, komandanın baş məşqçisi Luis Enrikenin oyun planına uyğun gəlmir.
PSJ Kolo Muaninin texnikasının yetərincə olmadığını hesab edir.
25 yaşlı forvard Paris nəhənginin sıralarına ötən il qoşulub. Tərəflər arasında 2028-ci ilə qədər olan müqavilə bağlanıb.
Muani Fransa çempionatının cari mövsümündə 7 oyun keçirib, 2 qol vurub.