COP29

“Tənqid mənə heç bir şəkildə təsir etmir, işimdən və komandanın oyunundan razıyam"

01:40 Fransa 136
“Tənqid mənə heç bir şəkildə təsir etmir, işimdən və komandanın oyunundan razıyam"

PSJ-nin qapıçısı Canluici Donnarumma UEFA Çempionlar Liqasının 2-ci turunda “Arsenal”la uğursuz oyundan (0:2) sonra tənqidlərə cavab verib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, italiyalı futbolçu tənqidin ona heç bir şəkildə təsir etmədiyini bildirib:

“Tənqid mənə heç bir şəkildə təsir etmir, mən işimdən və komandanın oyunundan razıyam.

Mövsümün sonuna hələ çox var. Biz Liqa 1-də birinci deyilik. Komandamız irəliləyəcək”.

Donnarumma 2021-ci ilin yayından Paris komandasında çıxış edir. O, cari mövsümdə 6 oyun keçirib, 6 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti