COP29

Mbappe bu dəfə çağırılmadı

12:20 Fransa 406
Mbappe bu dəfə çağırılmadı

Fransa Futbol Federasiyası Millətlər Liqasının bu ay keçiriləcək oyunlarında iştirak etmək üçün milliyə çağırılan futbolçuların siyahısını açıqlayıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “Real"ın hücumçusu Kilian Mbappe sentyabrın sonunda aldığı əzələ zədəsi səbəbindən siyahıya daxil edilməyib.

Fransa millisi səfərdə iki oyun keçirəcək. “Xoruzlar” İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılacaq.

Bu mövsüm Mbappe bütün turnirlərdə klub səviyyəsində 9 matçda iştirak edib, o, 7 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti