COP29

Məşhur hücumçu 10 il formasını geyindiyi millidən getdi

15:40 Fransa 97
Məşhur hücumçu 10 il formasını geyindiyi millidən getdi

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Fransa yığmasındakı karyerasını başa çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.

“Möhtəşəm üçrəngli macəra” üçün təşəkkür edirəm”, - deyə Qrizmann bildirib.

O, Fransa yığması ilə dünya çempionu və Millətlər Liqasının qalibi adını qazanıb.

Qrizmann 2014-cü ildən Fransa yığmasının şərəfini qoruyurdu. Milli komandada 131 oyun keçirən Antuan 44 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi