COP29

Oturub hər şeyi danışıb və razılaşıblar - Bir məsələdən savayı

22 Sentyabr 16:55 Fransa 352
Oturub hər şeyi danışıb və razılaşıblar - Bir məsələdən savayı

PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə müqaviləni uzatmağa hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu ispaniyalı çalışdırıcı ilə yeni müqavilənin şərtlərində demək olar razılaşıb.

Lakin tərəflər hələlik sözləşmənin hansı müddətə hesablanacağı barədə anlaşa bilmirlər.

Enrike PSJ ilə debüt mövsümündə çempionluq və Fransa kubokunu qazanıb, həmçinin parisliləri Dortmund “Borussiya”sına məğlub olduqları Çempionlar Liqasının yarımfinalına qədər daşıyıb.

54 yaşlı mütəxəssis əvvəllər Çempionlar Liqasının qalibi olduğu “Barselona”ya rəhbərlik edib. O, İspaniya millisində də çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi