COP29

"Qarabağ"ın fransız rəqibi 4 milyon ödədi, yarımmüdafiəçi transfer etdi - FOTO

6 Sentyabr 10:00 Fransa 628
"Qarabağ"ın fransız rəqibi 4 milyon ödədi, yarımmüdafiəçi transfer etdi - FOTO

“Marsel”in yarımmüdafiəçisi Jordan Veretu "Lion"la anlaşıb.

Sportinfo.az xəbər verir ki, fransalının keçidina görə “Lion” 4 milyon avro ödəyib.

Yarımüdafiəçi 2026-cı il iyunun 30-na qədər “Lion”a məxsus olacaq. 31 yaşlı fransız "Nant"ın yetirməsidir.

O, həmçinin “Aston Villa”, “Sent-Etyen”, “Fiorentina” və “Roma”da da çıxış edib. 2022-ci ilin yayında 12,45 milyon avroya “Marsel”ə keçib.

Bu klubun heyətində 94 görüşdə 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Veretu Fransa millisində 5 oyun keçirib.

“Lion” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də Bakıda keçiriləcək. Oyuna 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var