COP29

Baş məşqçi də qalmasını istəmir, rəhbərlik də - Ərəblərin gözü onda

3 Sentyabr 10:20 Fransa 565
Baş məşqçi də qalmasını istəmir, rəhbərlik də - Ərəblərin gözü onda

PSJ-nin yarımmüdafiəçisi Danilo Pereyra tezliklə “Əl-İttihad”ın sıralarına qoşula bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Pereyranın transferi ilə bağlı danışıqlarda irəliləyir.

Portuqaliyalı futbolçu komandanın baş məşqçisi Luis Enrikenin planlarına daxil deyil.

Bu səbəbdən rəhbərlik Səudiyyə Ərəbistanında transfer pəncərəsi açıq olduğu bir vaxtda 32 yaşlı yarımmüdafiəçidən xilas olmaq istəyir.

Pereyra həm də, mərkəz müdafiəçisi kimi oynamağa qadirdir. Lakin o, matçların çoxunu yarımmüdafiədə keçirib. Futbolçu əvvəllər “Portu”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti