COP29

50 milyon avroluq transfer: “Bu, gerçəkləşən bir xəyaldır”

18 Avqust 10:40 Fransa 577
50 milyon avroluq transfer: “Bu, gerçəkləşən bir xəyaldır”

PSJ-nin yeni transferi Desir Duayi Paris klubu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-yə qoşulduğu üçün çox şad olduğunu bildirib:

“PSJ-yə qoşulduğum üçün çox şadam. Mən həqiqətən həyəcanlı, xoşbəxt və qürurluyam.

Bu, gerçəkləşən bir xəyaldır. PSJ forması geyinmək və bu azarkeşlər qarşısında oynamaq üçün səbirsizlənirəm”.

“Renn”in hücumameyilli yarımmüdafiəçisi Fransa çempionu ilə 5 illik müqavilə imzalayıb.

PSJ bu transfer üçün 50 milyon avro ödəyib. 19 yaşlı futbolçu bu yay olimpiya futbol turnirində Fransa millisinin heyətində çıxış edib.

PSJ Liqa 1-in ilk turunda “Havr”a 4:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…