COP29

Son təklif - 110 milyon veririk, bu hücumçunu bizə satın

17 Avqust 15:20 Fransa 1 148
Son təklif - 110 milyon veririk, bu hücumçunu bizə satın

PSJ "Napoli"nin forvardı Viktor Osimhen üçün klubuna son təklifi göndərib.

Sportinfo.az "Sky Sport"a istinadən xəbər verir ki, Paris klubu nigeriyalı hücumçu üçün Neapol təmsilçisinə 110 milyon avro təklif edib.

Bundan əvvəlki təkliflərə neqativ cavab verən Neapol klubunun rəsmilərinin PSJ-nin son təklifinə hansı reaksiyanı verəcəyi hələ ki, dəqiqləşməyib.

25 yaşlı forvardın "Napoli" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində "Volfsburq", "Şarlerua", "Lill" klublarında oynadıqdan sonra 2002-ci ildə "Napoli"yə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…