COP29

Olimpiya çempionu məşhur klubun səhmdarı oldu - F OTOLAR

15 Avqust 00:10 Fransa 420
Olimpiya çempionu məşhur klubun səhmdarı oldu - F OTOLAR

ABŞ millisinin və “Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant Fransanın PSJ Futbol Klubunun səhmdarı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.

Mətbuatın yazdığına görə, basketbolçu Fransa klubuna bir neçə milyon dollar sərmayə qoyub.

Bildirilib ki, idmançının təsisçisi olduğu “Boardroom” investisiya şirkəti PSJ ilə işləyəcək. Paris klubu da bu qərarla ABŞ-də brendini gücləndirməyə ümid edir.

35 yaşlı idmançı Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə klubun təlim-məşq bazasına və təhsil mərkəzinə baş çəkib.

Kevin Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanıb. Belə ki, qızıl medal uğrunda keçirilən görüşdə ABŞ yığması Fransanı 98-87 hesabı ilə məğlub edib.

İdmançı həmçinin 2012, 2016 və 2020-ci illərdə də Olimpiya qızılına sahib olub.


Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…