COP29

AÇ-2024-ün bombardiri ilə müqavilənin şərtlərini razılaşdırdı

29 İyun 01:40 Fransa 529
AÇ-2024-ün bombardiri ilə müqavilənin şərtlərini razılaşdırdı

“Monako” hazırda AÇ-2024-ün bombardiri olan hücumçunu transfer etməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Gürcüstan millisinin hücumçusu George Mikautadzedən gedir.

Fransa klubu 23 yaşlı futbolçunun özü ilə müqavilənin şərtlərini razılaşdırıb. Digər klublar da gürcü futbolçunun xidmətində maraqlıdır.

Amma “Monako” transferi Avropa çempionatının sonuna qədər başa çatdırmağa ümid edir.

Mikautadze Fransa çempionatının son mövsümündə 20 matçda 13 qol vurduğu “Mets” klubuna məxsusdur. O, mövsümün ikinci yarısını icarə əsasında Amsterdamın “Ayaks” klubunda keçirib.

Gürcü futbolçu AÇ-2024-də artıq 3 qol vurub və hazırda “qızıl buts” uğrunda yarışa başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO