COP29

Millinin baş məşqçisindən narazıdır - Tanınmış hücumçu

27 İyun 15:40 Fransa 387
Millinin baş məşqçisindən narazıdır - Tanınmış hücumçu

Fransa millisinin hücumçusu Antuan Qrizmann komandanın baş məşqçisi Didye Deşamın hərəkətlərindən narazıdır.

Sportinfo.az “Le Parisien”-ə istinadən xəbər verir ki, 33 yaşlı forvard 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Polşa ilə oyununda (1:1) onu start heyətinə daxil etməyən məşqçinin qərarından narazı qalıb.

Belə ki, artıq Qrizmannla Deşam arasında dostluq münasibətləri yoxdur. Bundan əlavə, baş məşqçi Qrizmannı əvəzedilməz start heyət oyunçusu hesab etmir.

Fransalı hücumçu qrup mərhələsinin hər 3 matçında iştirak etsə də, qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO