COP29

PSJ-ni məhkəməyə vermək istəyir – 100 milyonluq İDDİA

23 İyun 00:00 Fransa 360
PSJ-ni məhkəməyə vermək istəyir – 100 milyonluq İDDİA

Kilian Mbappe və PSJ məhkəməyə baş vura bilər.

Sportinfo.az “Todoficajes”-ə istinadən xəbər verir ki, fransalı hücumçu maaş və bonuslar borcuna görə Liqa 1 nəhəngindən təxminən 100 milyon avro tələb edir.

PSJ bu pulu ödəməkdən imtina edir və klub prezidenti Nasser Əl-Xələfi Mbappe ilə yazılı razılaşmaya istinad edir.

Bu müqavilədə futbolçu azad agent kimi ayrılacağı təqdirdə, parislilərə maddi ziyan vurmamağa razılaşıb. Ümumiyyətlə, məsələ məhkəməyə qədər gedə bilər.

Mbappe yayın əvvəlində “Real”la 5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO