COP29

AÇ-2024-dən sonra burnundan əməliyyat olunacaq - Mbappe

19 İyun 17:20 Fransa 484
AÇ-2024-dən sonra burnundan əməliyyat olunacaq - Mbappe

Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib ki, komandanın hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatından sonra əməliyyat olunacaq.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı, Mbappenin AÇ-2024-dən sonra cərrahlardan kömək istəməli olacağını bildirib:

“Mbappe turnirdən sonra cərrahlardan kömək istəməli olacaq. O, çərşənbə axşamı bir az daha yaxşı idi. Biz onun vəziyyətini diqqətlə izləyirik”.

Avropa çempionatının ilk oyununda Fransa yığması Avstriyaya 1:0 hesabı ilə qalib gəlib.

Həmin matçda zədələnən Mbappe burun sümüyü qırıldığı üçün yarışın qrup mərhələsinin qalan oyunlarını buraxmaq riski daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO