COP29

“Bu hadisə paltardəyişmə otağındakı atmosferi korladı - Hər kəs narahatdır”

18 İyun 22:30 Fransa 612
“Bu hadisə paltardəyişmə otağındakı atmosferi korladı - Hər kəs narahatdır”

Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante AÇ-2024-də Avstriya ilə oyunda (1:0) Kilian Mbappenin zədəsini şərh edib.

Sportinfo.az xəbər veriri ki, fransalı futbolçu bu barədə “Ekip” nəşrinə açıqlama verib:

“Mbappenin zədəsi paltardəyişmə otağındakı atmosferi korladı? Şübhəsiz ki. Hər kəs bunun belə bitməsindən narahatdır. Ümid edirəm ki, zədə çox da ciddi deyil və o, turniri davam etdirə biləcək”.

Mbappe matçın 86-cı dəqiqəsində avstriyalı müdafiəçi Kevin Danso ilə toqquşub.

Bundan sonra əvvəlcə onun cərrahiyyə əməliyyatına ehtiyacı olacağı güman edilirdi.

Lakin Düsseldorf xəstəxanasında müayinədən sonra əməliyyatsız müalicə edilməsinə qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO