COP29

"26-cı dəqiqə" filminin təqdimatı - FOTOSESSİYA

24 Dekabr 2016 15:36 Foto 988
"26-cı dəqiqə" filminin təqdimatı - FOTOSESSİYA

"CBC Sport”un Azərbaycanın futbol millisinin Bakıda ilk qalibiyyətinə həsr olunan "26-cı dəqiqə” sənədli filminin təqdimatı keçirilib. Sportinfo.az xəbər verir ki, təqdimat mərasimi Bakı Olimpiya stadionunda baş tutub.

“26-cı dəqiqə” millimizin 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıda İsveçrə yığması üzərindəki 1:0 hesablı qələbə barədə çəkilib. Tarixi qələbəmizin 20 illiyinə həsr olunan filmin təqdimatında futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

26 dəqiqəlik filmdə tarixi matçda iştirak etmiş futbolçular, baş məşqçi Kazbek Tuayev, həmçinin AFFA-nın sabiq prezidenti Fuad Musayev, federasiyanın keçmiş rəsmisi Çingiz İsmayılovun fikirlərinə yer verilib. "26-cı dəqiqə" filminin layihə rəhbəri müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev, müəllifi Vəfa Ağabalayevadı.

Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!