Yalnız “Neftçi” və “Qarabağ” razılaşmadı - Çempionat ləğv olunur

7 Aprel 20:40 Əvəzedicilər 1 681
Yalnız “Neftçi” və “Qarabağ” razılaşmadı - Çempionat ləğv olunur

Növbəti mövsümdən etibarən Azərbaycanda çempionatların sayı azalacaq.

Əldə etdiyimiz məlumata görə, Əvəzedicilər Liqası ləğv olunacaq.

AFFA Premyer Liqa klublarına bununla bağlı sorğu göndərib. Federasiya elita təmsilçilərinə məktub ünvanlayaraq, onların mövqeyi ilə maraqlanıb.

Qurumun niyyəti Əvəzedicilər Liqası ilə əlaqəli araşdırma aparmaqdır. AFFA klubların ikinci komandalarının çempionatının keçirilib-keçirilməməsinin zəruriliyini dəqiqləşdirmək niyyəti güdüb.

Çünki liqanın ləğvinin tərəfdarları var. Onların başında Ehtiram Quliyev gəlir. «Turan Tovuz»un İdarə Heyətinin sədri hələ ilyarım öncə belə bir təşəbbüs irəli sürüb.

Son məlumata görə, «Qarabağ» və «Neftçi»dən savayı, Premyer Liqa mənsublarının böyük əksəriyyəti Əvəzedicilər Liqasının fəaliyyətini məqbul hesab etmir.

Onların fikrincə, çempionatın ləğvi daha məqsədəuyğundur, çünki burada oynayan əksər gənclər əsas komandaya düşə, rəqabətə tab gətirə bilmirlər.
Məsələyə qarşıdakı günlərdə baxılacaq.

Aprelin 11-də AFFA İcraiyyə Komitəsinin toplantısının keçirilməsi gözlənilir. İclasın gündəliyinə daxil edilən mövzular arasında bu da var.

SPORTİNFO.AZ

Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"