COP29

Azərbaycanda bu komandanı da əcnəbi məşqçiyə tapşırdılar

30 İyun 16:30 Əvəzedicilər 1 453
Azərbaycanda bu komandanı da əcnəbi məşqçiyə tapşırdılar

"Sabah-2"yə yeni baş məşqçi təyin olunub.

Ötən mövsüm Əvəzedicilər Liqasında üçüncü yeri tutan komanda Adino Mustedanaqiçə tapşırılıb.

Maraqlıdır ki, klub rəhbərliyi xorvatiyalı mütəxəssisə eyni vaxtda iki iş tapşırıb. Balkanlı əvəzedicilərlə yanaşı, U-19 komandasın çalışdıracaq.

Masazır təmsilçisinə bürünc medallar qazandırmış Rövşən Babayev isə bundan sonra akademiyada fəaliyyət göstərəcək. Ona seleksiya üzrə işlərə nəzarət etmək tapşırılıb.

SPORTİNFO.AZ

Xəbər Lenti