
Əvəzedicilər Liqasında yaşanan qalmaqala hüquqi qiymət verilib.
Sportinfo.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi XXXI turun “Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra baş verənləri araşdırıb.
“Sabah-2”nin futbolçusu Əli Abbasov rəqib komandanın ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb. Klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail-2”nin futbolçusu Bəhram Köçərli hakimləri təhqir etdiyinə görə 2-si şərti olmaqla 4 oyunluq cəza alıb. Paytaxt təmsilçisi 300 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.