“Neftçi” həkimlərin avtomobilindən ziyan gördü

19 Aprel 03:20 Əvəzedicilər 324
“Neftçi” həkimlərin avtomobilindən ziyan gördü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 30-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 33-cü dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli oyunçusu Amur Yusifov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.

“Neftçi-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi-2” komandası 100 manat cərimə edilib.

Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!