"Neftçi"dən ona cəza verildi - YENİ QƏRARLAR

21 Mart 08:30 Əvəzedicilər 725
"Neftçi"dən ona cəza verildi - YENİ QƏRARLAR

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununun 56-cı dəqiqəsində “Şamaxı-2” komandasının 76 nömrəli futbolçusu Rüfət Zülfüqarlı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

“Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail-2” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

"Səbail-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

“Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının 95 nömrəli qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 40.5);

“Sabah-2” – “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə-2” komandasının 46 nömrəli futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

"Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi