
Əvəzedicilər Liqasında 26-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Zirə-2” evdə “Səbail-2” ilə qarşılaşıb və məğlub olub. Səfərdə “Şamaxı-2” ilə üz-üzə gələn “Sabah-2” isə darmadağına sevinib.
“Zirə-2” – “Səbail-2” 0:2
Qollar: Oruc Məmmədov, 22. Fərid Şahhüseyni, 90+4.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Niyaz Əhmədov.
“Şamaxı-2” – “Sabah-2” 1:4
Qollar: Fəxri Məmmədli, 76-pen – Şakir Seyidov, 48. Amir Qəribov, 67. Stefen Ende, 87. Niyazi Osmanov, 89.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Orxan İbişov, Sənan Bayramzadə.