“Qarabağ” sabah oynayacaq

03:00 Əvəzedicilər 91
“Qarabağ” sabah oynayacaq

Əvəzedicilər Liqasında XXIV turun dünən saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Qarabağ-2” – “Sabah-2” qarşılaşması stadionun günün birinci yarısında təmizlənməsinə baxmayaraq normadan artıq yağan qar səbəbindən hakimlər briqadasının yekun rəyinə əsasən PFL tərəfindən hər iki komanda məlumatlandırılmaqla təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qarşılaşma 25 fevral saat 15:00-da təşkil olunacaq.

Xəbər Lenti