![Qurbanov dubl etdi, “Neftçi”nin “balacalar”ı qələbə istəyini reallaşdırdı](https://www.sportinfo.az/media/2025/02/12/476375512_18484388746003116_4665686163229728993_n.jpg)
Əvəzedicilər Liqasında 22-ci turun növbəti oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” matçında meydan sahibləri, “Zirə-2” – “Neftçi-2” görüşündə isə qonaqlar qalib gəliblər.
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 4:2
Qollar: Bayraməli Qurbanov, 52; 73. İftixar İbrahimov, 64. Nicat Quliyev, 87 – Amin Ağayev, 61-öz qapısına. Nihad İsaqov, 89.
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Kərim Zeynalov, Səbuhi Bayramov.
“Zirə-2” – “Neftçi-2” 1:3
Qollar: Ramiz Muradov, 89 – İbrahim Novruzov, 41. Kamal Kazımov, 56; 90+3.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Sənan Bayramzadə.