Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, buna mütəxəssisin çempionatın XII turunda qarşılaşdıqları “Səbail-2” ilə matçda (2:2) hakimi təhqir etməsi səbəb olub.
X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb, klub isə 400 manat cərimələnib.