AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının VII turunun oyunları iıə bağlı aşağıdakı qərarlar qəbul olunub:
21 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Neftçi-2” – “Qarabağ-2” oyununun 73-cü dəqiqəsində “Qarabağ-2” komandasının 62 nömrəli futbolçusu Zaman Zamanlı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qarabağ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
22 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Səbail-2” – “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Səbail-2” komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Səbail-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Səbail-2” – “Sabah-2” oyununun 2-ci hissəsi “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 60.4);
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Sumqayıt-2” – “Zirə-2” oyununun 34-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 64 nömrəli futbolçusu Kənan Feyziyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 41).