Əvəzedicilər Liqasında mükafatçılar bəlli olub.
Sportinfo.az xəbər verir ki, XXXV turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.
12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb.
Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub. “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb.
Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıla sahib çıxıb.
İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.
“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.
Fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub.