
Əvəzedicilər Liqasında 31-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün son 2 oyun baş tutub.
“Zirə-2” – “Neftçi-2” oyununda qalib müəyyənləşməyib. “Kəpəz-2” isə “Sabah-2” ilə ev oyunundan xalsız ayrılıb.
“Zirə-2” – “Neftçi-2” 2:2
Qollar: Vüsal Əliyev, 44, Nazim Həsənzadə, 52 – Cavanşir Şahbazlı, 17. Turan Vəlizadə, 73.
Binə qəsəbə stadionu
“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: İdris İnqilablı, 46.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Zakir Şükürzadə, İrşad Aydınov.
Gəncə şəhər stadionu (ehtiyat meydança),
Turun digər oyunları: “Turan Tovuz-2” – “Sumqayıt-2” 1:6, “Araz-Naxçıvan-2” – “Səbail-2” 0:2, “Qarabağ-2” – “Qəbələ-2” 1:2.
|
Bombardirlər:
Ağadadaş Salyanskiy ("Neftçi-2") - 28 qol
Sənan Ağalarov ("Qəbələ-2") - 23 qol
Uğur Cahangirov ("Sumqayıt-2") - 22 qol