AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyunu (0:2) ilə bağlı sərt qərar qəbul edib.
Sportinfo.az xəbər verir ki, gəncəlilərin məşqçisi Orxan Verdiyev ciddi sanksiya ilə üzləşib.
76-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis ardından referi İslam Məmmədova təzyiq göstərməyə cəhd çalışıb.
Bu, onun 5 oyunluq diskvalifikasiyasına, “Kəpəz”in isə 400 manat cərimələnməsinə səbəb olub.