AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
XXV turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Zirə-2” – “Turan Tovuz-2” oyununun 84-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 83 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 41);
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37).