COP29

Baş məşqçi ilə yola getməyən iş adamı 1000 manat VƏD ETDİ

11:00 Əvəzedicilər 820
Baş məşqçi ilə yola getməyən iş adamı 1000 manat VƏD ETDİ

Kurban Berdiyevlə münasibətlərində gərginlik yaranan Ehtiram Quliyev üzünü əvəzedici komandaya çevirib.

«Turan Tovuz»un İdarə Heyətinin sədri gəncləri müjdələyib.

Bu barədə redaksiyamıza klubdan məlumat verilib.

Bildirilib ki, iş adamı Nizami Ocaqverdiyevin çalışdırdığı kollektivə mükafat vəd edib.

Belə ki, gənclər yeni ilə qədər turnir cədvəlində ilk üç pillədən birində olarsa, hər oyunçuya 1000 manat civarında pul ödəniləcək.

Məlumat üçün deyək ki, 13 turdan sonra «Neftçi-2» 32 xalla ilk sıradadır.

«Ağ-qaralar»dan 1 xal az toplamış tovuzlular ikinci yerdədir. 21 xala malik «Sumqayıt-2» üçüncü «mərtəbə»də qərarlaşıb.

SPORTİNFO.AZ

Xəbər Lenti