İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, iclasda Əvəzedicilər liqasının I və II turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərar qəbul edilib:
5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası yaş limitini pozduğuna görə “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Səbail-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
11 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
11 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 51.2);
12 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).