"Səbail"in əvəzedici komandası texniki məğlubiyyətlə (0:3) cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Bu cəzaya "Səbail-2"nin Əvəzedicilər Liqasının I turunda "Zirə-2" ilə oyunda limiti pozması səbəb olub. Klub texniki məğlubyyətlə yanaşı, 400 manat cərimələnib.
Avqustun 5-də baş tutan görüş "Səbail-2"nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.