"Neftçi" “balaca derbi”də "Qarabağ"ı məğlub etdi

03:20 Əvəzedicilər 758
"Neftçi" “balaca derbi”də "Qarabağ"ı məğlub etdi

Əvəzedicilər Liqasında 31-ci turun oyunları keçirilir.

SportİNFO.az xəbər verir ki, doğma meydanda "Neftçi-2"ni qəbul edən "Qarabağ-2" 0:3 hesabı ilə məğlub olub.

Günün 2-ci matçında isə "Sabah-2" doğma meydanda "Səbail-2"ni 6:4 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə 62 xalla "Neftçi-2" başçılıq edir. 61 xal toplayan "Sabah-2" ikinci, "Qarabağ-2" isə 50 xalla dördüncü pillədə qərarlaşıb.

"Qarabağ-2" - "Neftçi-2" 0:3

Qollar: C.Şahbazlı,33, S.Ağayev,36, M.Məmmədli,47

"Sabah-2" - "Səbail-2" 6:4

Qollar: S.Ende,22, 90+3, Ş.İbrahimov,59, A.Qəribov,60, R.Nuraxmedov,65, 87, - R.Abasov,17(pen), B.Köçərli,37, Ö.Qurbanov,42, 45+2

Xəbər Lenti