"Neftçi-2" Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi olub.
XXXV turda Bayılda "Səbail-2" üzərində qələbə (2:1) qazanan "ağ-qaralar" vaxtından əvvəl qızıl medalları təmin ediblər.
Sona bir tur qalmış 86 xal toplayan Rəşad Abdullayevin kollektivi 82 xala malik "Qəbələ-2"ni qabaqlayır.
Bayılda qeydə alınan qələbədən sonra "Neftçi-2"nin düşərgəsində vur-çatlasın qopub. Paltardəyişmə otağına daxil olan futbolçular çempionluğun dadını çıxarıb.
Mahnı oxuyan kim, rəqs edən kim, bir-biriylə zarafatlaşan kim…
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb, gənc oyunçuların ünvanına xeyli təriflər gəlib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: