COP29

AVRO-2024-də yarımfinal cütləri dəqiqləşdi

7 İyul 01:20 Avropa çempionatı 748
AVRO-2024-də yarımfinal cütləri dəqiqləşdi

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.

Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək.

İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub - 2:1.

Yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.

Yarımfinal cütləri

İspaniya - Fransa

Niderland - İngiltərə

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu