AÇ-2024-ün futbolsevərlər tərəfindən seçilən ən yaxşı qolu açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısından keçirdiyi qolu turnirin ən yaxşı qolu seçiblər.
Həmin qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qitə çempionatında rəsmi olaraq İspaniya millisinin 17 yaşlı futbolçusu Lamin Yamalın yarımfinalda Fransaya vurduğu qol “ən yaxşı” seçilmişdi.
Mert Müldürün tarixə düşən fantastik qolunu təqdim edirik: