COP29

“Heç kimi günahlandırmaq istəmirəm, mən qarşınızdayam, amma nə deyəcəyimi bilmirəm”

11 İyul 15:40 Avropa çempionatı 568
“Heç kimi günahlandırmaq istəmirəm, mən qarşınızdayam, amma nə deyəcəyimi bilmirəm”

Niderland millisinin müdafiəçisi və kapitanı Vircil van Dayk İngiltərə yığması ilə Avropa çempionatının yarımfinal oyununda (1:2) təyin olunan penaltidən danışıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu hakimin epizoda çox tez müdaxilə etdiyini bildirib:

“Hakim çox tez müdaxilə etdi. Amma heç kimi günahlandırmaq istəmirəm.

Mən buradayam, qarşınızdayam, amma bu barədə nə deyəcəyimi bilmirəm”.

Qarşılaşmanın ilk yarısında Denzel Dumfrisin ingiltərəli hücumçu Harri Keynə qarşı kobud oyununa görə baş hakim Feliks Zveyer penalti təyin edib.

İngiltərə və İspaniya millilərinin qarşılaşacağı AÇ-2024-ün finalı iyulun 14-də baş tutacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti