COP29

Uğurlu nəticələr qazanan, lakin ittiham edilən... VİDEO

11 İyul 15:00 Avropa çempionatı 416
Uğurlu nəticələr qazanan, lakin ittiham edilən... VİDEO

Təxminən 1 aya yaxın davam edən gərgin mübarizənin finalına üç gün qaldı.

“Avro-2024”ün həlledici matçında İspaniyanın rəqibi bəlli oldu.

Bu, yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gələn İngiltərə yığmasıdır. “

Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov qarşılaşma ilə bağlı maraqlı şərhlərlə diqqət çəkib.

Tanınmış jurnalist deyib ki, bu futbolla finalda İspaniyaya qarşı oynamaq ingilislərə çətin olacaq:

“İngilislərin özləri baş məşqçi Qaret Sautqeytin oyun planından, nümayiş etdirilən futboldan narazılıqlarını bildirirlər. Ancaq unutmayaq ki, tarixdə həmişə nəticə qalır.

Sautqeyt bəlkə də İngiltərə tarixinin ən uğurlu məşqçisidir.

İştirak etdiyi ardıcıl iki Avropa çempionatında komandasını finala çıxarmaqla yanaşı, bir dəfə də mundialda yarımfinala kimi irəliləyib. Yəni, əsas nəticədir, onu da ingilislərə qazandırıb”.

Elçin Cəfərov İspaniy a- İngiltərə finalı barədə danışaraq, favorit gördüyü komandanın adını açıqlayıb:

“Həm oyun tempinə, həm topa verdikləri sürətə, həm də mental olaraq favoritim İspaniyadır. İspanlar çempionatın startından bəri futbolun gözəlliklərini nümayiş etdirməyə çalışırlar”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə