COP29

Yaşın nə fərqi var ki...

11 İyul 03:40 Avropa çempionatı 423
Yaşın nə fərqi var ki...

AÇ-2024 gənc istedadların parlaması ilə yanaşı, yaşlı futbolçuların çıxışı ilə də diqqət çəkib.

Artıq karyerasını başa vuracağı gözlənilən oyunçular qitə birinciliyində özündən söz etdirə bilib.

Onlar milli komandalarının formasında yaşıl meydanlara çıxaraq azarkeşlərini sevindirməyə çalışıblar. Potensialı olan gənclərlə bərabər, yaşlı futbolçuların çıxışı çox müzakirə olunub.

Əsasən Portuqaliya millisinin ulduzları Kriştianu Ronaldo və Pepenin, Xorvatiya yığmasın kapitanı Luka Modriçin meydanda etdikləri təqdir olunub.

Lakin səhv etdikləri zaman bu futbolçular tənqidlərə də tuş gəliblər.

Ani səhvləri yaşla əlaqədar olması barədə də xeyli müzakirələr aparılıb. Adını çəkdiyimiz futbolçularla yanaşı digər yaşı çox olan oyunçular da diqqətdən yayınmayıb (qafqazinfo).

AÇ-2024-də çıxış edən həmin yaşlı oyunçuları təqdim edirik:

Pepe- 41 yaş (Portuqaliya)


Kriştianu Ronaldo – 39 yaş (Portuqaliya)

Luka Modriç – 38 yaş (Xorvatiya)

Xesus Navas 38 yaş (İspaniya)


Tom Hiton – 38 yaş (İngiltərə)


Manuel Noyer – 38 yaş (Almaniya)

Giorgi Loria – 38 yaş (Gürcüstan)


Florin Nita – 37 yaş (Rumıniya)


Peter Pekarik – 37 yaş (Slovakiya)


Kasper Şmexel – 37 yaş (Danimarka)


Olivye Jiru -37 yaş (Fransa)

Fidan Etibar


Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə