“Real”ın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos 2024-cü il Avropa çempionatının 1/4 finalında ispaniyalı müdafiəçi Mark Kukurellanın əlinə dəyən topla bağlı fikirlərini bildirib.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu topun Kukurellanın əlinə dəydiyini söyləyib:
“Top Kukurellanın əlinə dəymişdi və penalti olmalı idi. Almaniya bu görüşdə qalib gələ bilərdi.
İspaniya millisi bu titula layiq idimi? Əlbəttə. Amma indi heç nəyi dəyişmək olmaz”.
Almaniya millisi AÇ-2024-ün 1/4 final matçında İspaniyaya əlavə vaxtda məğlub olub. Nəticədə, həlledici görüşdə İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olublar.